Venesuelada baş vermiş zəlzələdə ölənlərin sayı 164 nəfərə çatıb.
Hafta.az xəbər verir ki, bu barədə Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriqes bildirib.
Onun sözlərinə görə, təbii fəlakət nəticəsində xəsarət alanların sayı isə 971 nəfərdir.
13:25
Venesuelanın La-Quayra ştatında baş verən güclü zəlzələ nəticəsində sahildəki "Hotel Eduard"ın binası çöküb.
Hafta.az xəbərinə görə, bu barədə CNN telekanalı məlumat verib. Məlumata görə, binanın yalnız girişi salamat qalıb.
Venesuela Milli Assambleyasının (parlament) sədri Xorxe Rodriqes kanala açıqlamasında bildirib ki, La-Quayrada 15-ə qədər bina çöküb və əlavə edib ki, məhz bu ştat yeraltı təkanlardan ən çox zərər görüb. Venesuela hökuməti güclü zəlzələnin nəticələri ilə əlaqədar olaraq sahilyanı La-Quayra ştatını fəlakət zonası elan edib.